Accessibility links

Obama gələn ilin birinci yarısında Rusiyaya səfər edə bilər


ABŞ prezidenti Barak Obama Vaşinqtonun insan hüquqları sahəsində pozuntulara yol vermiş Rusiya rəsmilərinə qarşı ölçülərin götürülməsini nəzərdə tutan qanun layihəsini qəbul edilməsinə görə münasibətlərdə gərginliyin mövcud olmasına baxmayaraq, 2013-cü ilin birinci yarısında Rusiyaya səfər edə bilər. Bu haqda jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.

Rəsmi Moskva ABŞ-ın Maqnitski qanunu adı ilə tanınan qanun layihəsini qəbul etməsini narazılıq hissi ilə qarşılayıb. Yuri Uşakov hazırda münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılmasının vacibliyinə toxunaraq, tərəflərin münasibətlərin normal inkişafını davam etdirməli olduğunu deyib.

Rusiya prezidenti Vladimir Putin cənab Obamanı keçən ay ikinci müddətə prezident seçiləndən sonra Rusiyaya dəvət etmişdi. Lakin ABŞ Konqresində Maqnitski qanununun qəbul edilməsindən sonra soyuq müharibə dövrünün rəqibləri arasında münasibətlərdə gərginlik yaranıb. Rusiya lideri qanunun qəbul edilməsini narazılıqla qarşılayıb.

“Maqnitski” qanununda 2009-cu ildə həbsxanada həlak olmuş korrupsiya əleyhdarı hüquqşünas Sergey Maqnitskinin ölümündə əli olmaqda şübhəli bilinən Rusiya rəsmilərinin ABŞ-a daxil olmasına icazə verilməməsi və onların bank hesablarının dondurulması nəzərdə tutulur.

ABŞ prezidenti qanun layihəsinə keçən həftə imza atıb.

2009-cu ildə Rusiyada səfərdə olan prezident Obama o zaman ölkə prezidenti Dmitri Medvedevlə dostluq münasibətləri yarada bilmişdir.

ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yenidən yoluna qoyulması haqda əldə edilmiş razılıq nəticəsində strateji nüvə silahlarının ixtisarına dair yeni müqavilə imzalanmışdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG