Accessibility links

Barak Obama Cənubi Koreyadadır


Birləşmiş Ştatlar prezidenti Barak Obamanın Asiyaya rəsmi səfərinin ikinci dayanacağı Cənubi Koreya olub. Səfər Obamanın Şimali Koreyaya dördüncü nüvə sınağı keçirməsinə xəbərdarlıq etdiyi vaxt baş tutub.

Cənubi Koreyaya səfərindən az öncə bu ölkənin Joong Anq IIbo qəzetinə müsahibə verən cənab Obama bunları deyib, "əgər Cənubi Koreya nüvə sınağı keçirməklə daha bir səhvə yol versə, beynəlxalq ictimaiyyətin ciddi reaksiyası ilə üzləşəcək."

Bu gün Cənubi Koreyanın prezidenti Park Qın He ilə birgə mətbuat konfransında Obama Birləşmiş Ştatların Cənubi Koreyaya öhdəliyindən heç vaxt imtina etməyəcəyini və Şimalı Koreyanın təxribatlarına qarşı çiyin-çiyinə dayanacağını deyib.

ABŞ dövlət başçısı keçən həftə gəminin batması səbəbindən itkin düşən yüzlərlə uşağın ailələrinə başsağlığı verib.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG