Accessibility links

ABŞ prezidenti Barak Obama xaricə üç günlük səfərə başlayıb


ABŞ prezidenti Barak Obama xaricə üç günlük səfərinə İsveçdən başlayıb.

Prezidentin paytaxt Vaşınqtondan gecə saatlarında çıxan Air Force One təyyarəsi Stokholm hava limanında yerə enib.

Cənab Obamanı hava limanında ABŞ-ın İsveçdəki səfiri Mark Bjezinski, İsveçin xarici işlər naziri Karl Bildt və başqaları qarşılayıb.

Stokholmda cənab Obamanın İsveçin baş naziri Fredrik Reinfeld və Kral Karl XVI-cı Qustafla görüşü nəzərdə tutulub.

O, Finlandiya, Danimarka, İslandiya və Norveçin liderləri ilə də görüşlər keçirəcək.

Böyük 20-lərin sammitindən əvvəl Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüş planı ləğv edildikkdən sonra İsveç cənab Obamanın marşrutuna əlavə edilib.

Prezident Obama Stokholmdan sonra Böyük Səkkizlərin zirvə görüşündə iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG