Accessibility links

Obama gənc seçiciləri noyabr seçkilərində iştiraka çağırıb


Obama gənc seçiciləri noyabr seçkilərində iştiraka çağırıb
Obama gənc seçiciləri noyabr seçkilərində iştiraka çağırıb

Demokratların hakimiyyətdə qalmasına nə haqq qazandıra bilər sualının cavabında cənab Obama deyib ki, onun hakimiyyətə gəldiyi vaxt davam edən iqtisadi böhran aradan qaldırılıb , ölkədə iqtisadi artım başlayıb. O, demokratlarla respublikaçıların nəyə görə əməkdaşlıq etmədiyi barədə sualın cavabında deyib ki, seçkilərdən sonra respublikaçılarla daha yaxın əməkdaşlıq edəcək

Demokratların hakimiyyətdə qalmasına nə haqq qazandıra bilər sualının cavabında cənab Obama deyib ki, onun hakimiyyətə gəldiyi vaxt davam edən iqtisadi böhran aradan qaldırılıb, ölkədə iqtisadi artım başlayıb. O, seçkilərdən sonra respublikaçılarla daha yaxın əməkdaşlıq edəcəyini bildirib.

Gənclərin çətin sualları ilə üzləşən ABŞ prezidenti iqtisadi siyasətini müdafiyə ilə ölkədə böhranın aradan götürüldüyünü iqtisadi artımın başladığını deyib.

ABŞ prezidenti Barak Obama gənc seçicilər qarşısında etdiyi çıxışında iqtisadi siyasətini müdafiə edib.Televiziya ilə nümayiş etdirilən görüş zamanı prezident gəncləri noyabr seçkilərində fəal iştiraka çağırıb. Prezident ona ünvanlanan sualları cavablandırarkən hökumətin həyata keçirdiyi iqtisadi stimullaşdırma planın üç milyon amerikalını işlə təmin etdiyini deyib. ABŞ prezidenti gənclərin çətin sualları ilə də üzləşib. Demokratların hakimiyyətdə qalmasına nə haqq qazandıra bilər sualının cavabında cənab Obama deyib ki, onun hakimiyyətə gəldiyi vaxt davam edən iqtisadi böhran aradan qaldırılıb , ölkədə iqtisadi artım başlayıb. O, demokratlarla respublikaçıların nəyə görə əməkdaşlıq etmədiyi barədə sualın cavabında deyib ki, seçkilərdən sonra respublikaçılarla daha yaxın əməkdaşlıq edəcək. Prezident Obama bəzi respublikaçıları demokaratlarla əməkdaşlıqdan boyun qaçırdığına görə günahlandırıb. ABŞ-da demokratlar təqribən iki il əvvəl Obamanın prezidentliyə seçilməsində mühüm rolu olan gənclərin Noyabrın ikisində Konqresə keçiriləcək seçkilərdə səsverməyəcəklərindən narahatdırlar. Bəzi şərhçilər bu ilki seçkilərdə demokratların Senat və Nümayəndələr palatasında əksəriyyəti itirə biləcəklərini istisna etmir.

XS
SM
MD
LG