Accessibility links

Obamanın sosial şəbəkələrdəki hesabları Trampın istifadəsinə veriləcək


Prezident Obamanın Twitter, Facebook və ya digər sosial şəbəkələrdə səhifələrini izləyirsinizsə, o zaman yanvarın 20-də Obama rəsmi olaraq vəzifəsindən gedəndən və ABŞ-ın yeni seçilmiş 45-ci prezidenti Donald Tramp vəzifəyə gələndən sonra bu hesabların taleyi sizə maraqlı görünə bilər.

"Obama administrasiyası bir çox sosial media şəbəkələri ilə eyni zamanda işə başladı" Ağ Evdə digital strategiya direktoru vəzifəsində çalışan Makon Phillips bildirib.

Obamanın twitter hesabı
Obamanın twitter hesabı

Amerikanın Azərbaycandakı səfirliyi Facebook səhifəsində bildirir ki, ABŞ administrasiyaları arasında hökümətin dinc yolla ötürülməsi prosesinin uzun bir ənənəsi var.

“Ağ Ev Obamanın sosial şəbəkə hesablarının ötürülmə prosesini də eyni ənənəyə uyğun şəkildə aparacaq. Yanvarın 20-də @POTUS Twitter hesabı (öz 11 milyon izləyicisi ilə birlikdə) yeni seçilmiş president Donald Trampın istifadəsinə veriləcək. Milli Arxiv və Qeydlər Administrasiyası yeni yaradılmış @POTUS44 hesabında prezident Obamanın Twitter səhifəsinin arxivi olaraq saxlanılmasını təmin edəcək. Buna bənzər arxivlər həmçinin Facebook, Instagram və digər sosial şəbəkələrin platformalarının məzmununu saxlayacaq”, məlumatda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG