Accessibility links

İran şahının kiçik oğlu intihar edərək dünyasını dəyişib


Hakimiyyətdən devrilmiş İran şahının oğli Əlirza Pəhləvi 31 yaşlı bacısının dəfn mərasimində iştirak edərkən - 16 iyul 2001-ci il
Hakimiyyətdən devrilmiş İran şahının oğli Əlirza Pəhləvi 31 yaşlı bacısının dəfn mərasimində iştirak edərkən - 16 iyul 2001-ci il

İran şahının kiçik oğlu Əli Rza Pəhləvi bu gün Boston şəhərində yaşadığı evində intihar edib.

Onun böyük qardaşının veb səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, İranda vəziyyətlə əlaqədar güclü stress keçirən Əli Rza Pəhləvi atası və gənc yaşlarında bacısını itirəndən sonra özünə gələ bilməmiş və həyatına son qoymuşdur. Onun 44 yaşı var idi.

İran şahı Məhəmməd Rza Pəhləvi 1979-cu ildə islam inqilabından sonra hakimiyyətdən devrilmişdi. O, 1980-ci ildə sürgündə yaşadığı Qahirədə vəfat etmişdir.

XS
SM
MD
LG