Accessibility links

ABŞ-ın Ölüm Vadisi Milli Parkı

ABŞ-ın olduqca məşhur Death Valley (Ölüm Vadisi) Milli Parkı hər il milyonlarla turist cəlb edir.

ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində bilririr ki, Ölüm Vadisi film və TV şouların çəkilişi zamanı yad planetli mənzərələrin lentə alınması üçün rejissorların ən sevimli yerlərindən biridir.

Hollivuddan yalnız 5 saatlıq məsafədə yerləşən Ölüm Vadisi, əsas kino studiyaları üçün əlçatandır və dünyanın ən unikal landşaftlarına malikdir. Bir çox tanınmış filmlər, o cümlədən, 1977-ci ildə "Ulduz müharibələri" (Star Wars) və 1983-cü ildə "Cedayın qayıdışı" adlı filmlər orada çəkilib. Bu səbəbdən də dünyanın film həvəskarları oranın landşaftını, tarixini öyrənir, eləcə də orada lentə alınan filmlər haqqında daha ətraflı məlumat əldə etmək üçün Ölüm Vadisinin kəşf edilməsinə saatlar sərf edir.


XS
SM
MD
LG