Accessibility links

İordaniyada polis nümayişləri dağıdıb


İordaniyada polis nümayişləri dağıdıb

İordaniyada polis nümayişləri dağıdıb

İordaniya polisi suvuran maşınlardan istifadə edərək bir-birini daşa basan hökumət loyalistlərini və islahatpərəst nümayilşçiləri dağıdıb. Kral Abdullahın bir neçə yüz tərəfdarı daha böyük izdihama hücum çəkərək onları daşa basdıqdan sonra paytaxt Əmmanda toqquşma baş verib. Fransa Xəbər Agentliyi təhlükəsizlik rəsmisinə istinadən 100-dən çox adamın xəsarət aldığını bildirib. Dünən bir neçə yüz nümayişçi oturaq aksiyaya başlayaraq parlamentin buraxılmasını və baş nazir Maruf əl Baxitin istefasını tələb ediblər. Fəallar özlərini “24 Mart Gəncliyi” qrupu adlandırır. Onların aksiyası bu günədək davam etdikdən sonra Kral Abdullahın tərəfdarları toplaşaraq hökumətə dəstəklərini ifadə ediblər. Müxalifət koalisiyası hər cümə günü aksiyalar keçirərək ölkədə siyasi və iqtisadi islahatlar tələb edir.

XS
SM
MD
LG