Accessibility links

Orlandodakı hücuma ABŞ-da insan hüquqları fonunda baxış [Video]


Orlandodakı hücuma ABŞ-da insan hüquqları fonunda baxış
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Orlandodakı hücuma ABŞ-da insan hüquqları fonunda baxış

Orlandoda baş vermiş hücum zamanı 49 nəfər həlak oldu. Son 4 ildə ABŞ-da fərdi şəxslərin açdığı atəş nəticəsində isə 82 nəfər qətlə yetirilib. Növbəti reportajda dünyanın ən azad ölkələrindən biri olan ABŞ-da belə hadisələrin nə üçün baş verdiyinə nəzər salırıq.

Floridanın Orlando şəhəri... Disneyworld və turizmlə məşhurdur.

İndi isə şəhərin adı ötən il 14 nəfərin qətlə yetirildiyi San Bernardino, 2012-ci ildə 20 nəfərin ölümü ilə nəticələnən ibtidai məktəbə hücumun törədildiyi Kennektikutun Nyutaun şəhəri və Virciniya Tek-də 32 qətlə səhnə olan Bleksburqla eyni çəkilir.

Bəziləri deyir ki, həmin şəxs Amerikanın silah daşımaq hüququndan yararlanıb. Hücumda istifadə edilən silahların hər ikisi qanuni yolla əldə olunub. Yerli terrorçuların silahlardan istifadə etməyi artırdığı bir vaxt təhlilçilər bu məsələnin daha ciddi hal aldığını deyir.

İstədiyin dini inanclara əməl etmək ABŞ Konstitusiyasının I maddəsində verilən hüquqdur. Ömər Mətin isə hücum zamanı İŞİD qruplaşmasına sadiqliyini bildirib.

Corc Vaşinqton Universitetində daxili və kiber təhlükəsizlik idarəçisi Frank Silluffo deyir ki, dini azadlıqların da hüdudu var: "Bədnam oyunçular qətllər planlaşdırırsa, biz onlara din pərdəsi araxasında gizləməyə icazə verə bilmərik".

Başqa bir hüquqa da hücum olub. Bu, bir ildən az yaşı olan həmcinslərin evliliyidir. Ekspertlər inanır ki, mətin Pulse gecə klubuna LGBT müştərilərinə görə hücum edib.

Əks-Ekstremizm Lahiyəsinin direktoru Deyvid İbsen: "Nə vaxtdan biz terrorçunun pis əməlinə təskinlik vermək üçün hüquqlarımızı məhdudlaşdırmağa başlamışıq".

Ibsen deyir ki, məsələ onun necə yaşamasında deyil, başqalarının bunu necə qəbul etməsindədir və bildirir ki, daha çox onların tolerant olmağa ehtiyacı var.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG