Accessibility links

Vaşinqtonda Orta Asiyada radikal İslam təhlükəsi mövzusunda tədbir keçirilib


Dəyirmi masa iştirakçıları avtoritar hökumətlərin "radikal İslam" ifadəsindən sui-istifadə etdiklərini önə çəkiblər.

Aprelin 21-də Vaşinqtonda “Orta Asiyada İslam, Sekulyarizm və Təhlükəsizlik” başlıqlı forum keçirlib. Tədbirin məqsədi əksəriyyətini müsəlmanların təşkil etdiyi Orta Asiya ölkələrində İslam və sekulyarizm arasındakı əlaqəni müzakirə etmək olub. Əsas müzakirə obyekti CEDAR təşkilatının əməkdaşı Deyvid Montqomeri və Exeter Universitetinin professoru Con Heterşau-nun birgə yazdığı Orta Asiya respublikalarında post-sovet müsəlman radikallaşması əfsanəsi adlı elmi məqalə olub.

Radikal qrupların yaranmasının səbəblərin anlamaq üçün problemə lokal kontekstdə baxmaq lazımdır
Deyvid Montqomeri

Məqalədə müəlliflər İslam dirçəlişinin və radikallığın post-sovet Mərkəzi Asiyada təhlükə yaratdığına dair iddiaların həqiqətə uyğun olub-olmadığını araşdırıblar. Onlar bu cür iddiaların təhlükəsizlik təhlilçiləri və şərhçilərin uydurduğu və insanlara təqdim etdikləri əsassız fikirlər olduğunu deyirlər.

Tədbir iştirakçılarının sözlərinə görə, islamlaşmaq radikallaşmaq demək deyil. Bu iki anlayış arasında birbaşa əlaqə yoxdur. Orta Asiya və ya digər ölkənin insanları daha dindar ola, eyni zamanda sekulyar siyasi inanclara da sahib ola bilərlər. Onlar ölkənin idarəçiliyində İslamın rol almasını istəmirlər. ”Əlaqə səbəb demək deyil,” deyə Deyvid Montqomeri bildirib. Bir insan hər hansı bir hərəkəti Allahın adına etdiyini iddia edirsə, bu, İslamın onları bu hərəkəti etməyə vadar etdiyi demək deyil. O, qeyd edib ki, Orta Asiyada radikal qrupların səfərbər olmalarının səbələri axtarılmalıdır, çünki səbəb mütləq İslam olmaya bilər. “İnsanlar özlərini təcrid olunmuş hiss edirlərsə, səfərbər olurlar.” Onların inancları dini deyil, siyasidir.

İştirakçılar bütün dünyadakı radikal qrupların əlaqələrinin olduğunu iddia etməyin səhv olduğnu deyiblər. "Radikal qrupların yaranmasının səbəblərin anlamaq üçün problemə lokal kontekstdə baxmaq lazımdır." Onlar bildirib ki, ekstremizmi izah edən digər lokal amillər var ki, onların islamla heç bir əlaqəsi yoxdur.

Müzakirə iştirakçıları Qərb qüvvələrinin, əsasən də ABŞ və Birləşmiş Krallığın, dini qrupları təqib edən hökümətlərə hərbi yardım etməməli olduqlarını tövsiyə edirlər. Onların fikrincə bu, yalnız qeyri-əxlaqi deyil, həm də əks-təsir göstərir.

Tədbirdə çıxış edən Geoge Washington Universitetinin professoru Marien Laruel ABŞ xarici siyasətinin səhv istiqamətə getdiyini və İslam Dövlətinə qarşı mübarizənin ABŞ-ın Əfqanıstanda Talibanla bağlı təcrübəsini xatırlatdığını deyib.

Tədbir sual-cavab sessiyası ilə sona çatıb.

XS
SM
MD
LG