Accessibility links

Oskar mükafatlarının təqdimat mərasimi keçirildi


Oskar mükafatlarının təqdimat mərasimi keçirildi
Oskar mükafatlarının təqdimat mərasimi keçirildi

Bazar günü keçirilən 84-cü Oskar mükafatının təqdimatında rejissorluq, aktyorluq və ən yaxşı kino kateqoriyasında ağ-qara Artist filmi akademiyanın ən yüksək prizinə layiq görüldü. Fransız aktyor, səssiz filmdə baş rolu oynayan Kan Dujardin ən yaxşı kişi roluna görə, filmin rejissoru Mişel Hazanavizus isə ən yaxşı rejissor kateqoriyasında Oskar aldı.

Dəmir Ledi filmində Britaniyanın baş naziri Marqaret Tetçer rolunu ifa edən aktrisa Meril Strip ən yaxşı qadın roluna görə, 82 yaşlı aktyor Kristofer Rlammer Naşılar filmində köməkçi aktyor roluna görə Oskar mükafatına layıq görüldü. Oskar mükafatına eləcə də 1960-cı illərdə afrikalı-amerikalıların həyatını əsk etdfrən Yardım filmindəki roluna görə aktrisa Oktaviya Spenser layiq görüldü.

Beş Oskar mükafatını kinematoqrafiya, rəssamlıq və rejissorluq baxımından Huqo filmi, xarici dilli fimllər arasında isə mükafata İranın Ayrılıq filmi layiq görüldü.








XS
SM
MD
LG