Accessibility links

87-ci Oskar mərasimi [Video]


87-ci Oskar mərasimi
please wait
Embed

No media source currently available

0:00 0:03:12 0:00

87-ci Oskar mərasimi

"Birdman" filmi gecənin əsas qalibi olub

Hollivudun ən böyük gecəsinin ulduzuna çevrilən “Birdman” filmi bazar günü dörd Oskar mükafatına layiq görülüb. Bunların sırasına film sənayesinin ən yüksək mükafatı olan ən yaxşı kino kateqoriyasında birincilik daxildir. Bundan əlavə Oskar mərasimində sosial məsələri və xəstliklə mübarizəni işıqlandıran filmlər də yer alıb.

Rejissor Alejandro Inarritu "ən yaxşı film" kateqroiyasında Birdman filminə görə Oskar mükafatını filmin yaradıcı heyəti ilə birgə qəbul edir.
Rejissor Alejandro Inarritu "ən yaxşı film" kateqroiyasında Birdman filminə görə Oskar mükafatını filmin yaradıcı heyəti ilə birgə qəbul edir.

Oskar mərasimi Birdman filminin ən yaxşı kino kateqoriyasında qalib olmağı ilə yekunlaşdı. Film keçmiş super qəhraman aktyorun Broadway teatrı ilə karyerasına yenidən başlamağa çalışmasından bəhs edir.

Bunan əlavə film ən yaxşı original ssenari vəğğzünəməxsus stilinə görə ən yaxşı kinematoqrafiya kateqoyariyalarında qalib olub. Meksika əsilli Alehandro Qonzalez İnnaritu isə “Birdman” filminə görə ən yaxşı rejissor prizinə də layiq görüldüyü üçün “şərəf duyduğunu” bildirib.

“Bütün kinorejissorların əsərlərində olduğu kimi, əsl incəsənət, əsl fərdi ifadə müqayisə olunmaz və məğlub edilə bilməz, çünki onlar mövcuddur və zaman keçdikcə qiymətləndiriləcəklər.”

Gecənin ən acı hissəsi isə John Legend və Common-un Oskar mükafatının qalibi olan 1960-cı illərin vətəndaş hüququ barədə Selma filmindən “Glory” mahnısını ifadə etmələri oldu.

Eddi Redmeyn
Eddi Redmeyn

Mərasimin iştirakçıları mahnını ayaq üstə alqışladılar, bəziləri isə hətta göz yaşlarını saxlaya bilmədi.

Eddie Redmayne, neyrodejenerativ xəstəlik, yəni ALS- diaqnozu olan Stephehen Hawking-nin üzləşdiyi çətinlikləri canlandıran Theory of Everything filmindəki roluna görə ən yaxşı aktyor kateqoriyasının qalibi olub. Redmayne bu mükafatı Hawking və onun ailəsinə həsr edib.

Ən yaxşı aktrisa kateqoriyasının qalibi isə Culian Mur olub. Mur Still Alice fimində Alzaymer xəstəliyindən əziyyət çəkən universitet professorunu canlandırıb.

“Bu xəstəlikdən əziyyət çəkən çox insan özlərini təcrid olunmuş hiss edirlər, filmərin isə gözləlliyi ondadır ki, filmlər bu cür insanların həyatların təsvir edir və beləcə onlar özlərini yalnız hiss etmirlər.”

Patrişa Arket
Patrişa Arket

Boyhood filmi isə ən yaxşı kino mükafatına namizədlərdən biri olub. Patricia Arquette isə bu filmdəki roluna görə ən yaxşı qadın tərəf müqabili kateqoriyasında qalib oldu. Arquette mükafatı qəbuletmə çıxışında qadın haqları barədə danışıb.

“Amerika Birləşmiş Ştatlarında qadınlar eyni hüquqa malik olmalıdırlar və ölkədə əmək haqqı bərabərliyi təmin olunmalıdır.”

J.K. Simmons isə “Whiplash” filmindəki roluna görə ən yaxşı tərəf müqavili mükafatına layiq görülüb.

Ən yaxşı xarici film kateqoriyasında, polşalı rejissor Pavel Pavlikovski rahibə olmağa hazırlaşan və bu yolda özü barədə yeniliklər kəşf edən qadını təsvir edən İda filminə görə Oskar mükafatınının qalibi olub.

“Gördüyünüz kimi biz susmağa, dünyadan təcridə və dərin düşüncəyə olan ehityac barədə ağ- qara film çəkmişik. İndi isə səs-küyün və dünyanın diqqət mərkəzindəyik. Möhtəşəm. Bilirsiniz, həyat sürprizlərlə doludur.”

XS
SM
MD
LG