Accessibility links

2016-cı ildə dəbdə olan oyuncaqlar [Video]


Dünyanın ən böyük oyuncaq istehsalçıları artıq Milad mövsümünə hazırlaşır. Bu sənaye üzrə ekspertlər uşaqlar üçün yeni hədiyyə trendi üzərində işləyirlər. 2016-ci ilin ən populyar oyuncaqları isə maarifləndirici elementi olan oyuncaqlardır.

Əvvəlkindən fərqli olaraq indi interaktiv robotlar uşaqlara kodlaşdırmanı və buna bənzər şeyləri öyrədir.

2016-ci il oyuncaq ekspertlərindən soruşsanız onlar sizə oyuncaqlar arasında meylin ən çox maarfləndirici oyuncaqlara artdığını deyər, əsasən də məktəbdən kənarda dəqiq elm, texnologiya, incəsənət, mühəndislik və riyaziyyata həvəsi artıran oyuncaqlara.

“Əvvəlkindən fərqli olaraq indi interaktiv robotlar uşaqlara kodlaşdırmanı və buna bənzər şeyləri öyrədir. Bu, çox maraqlıdır.”

Balaca uşaqlar arasında ən populyar Just Play-in Doktor MakStaffinin Heyvanları Müayinə Mərkəzi (Doc McStuffing's Pet Vet Checkup Center) oyuncağıdır. Bunu Oyuncaq Sənayesi Assosiasiyasının 2016-cı ilin oyuncağı adına layiq görüb.

Monopoliya oyunu

Monopoliya oyunu

MakStaffin ruhlandırıcı qadın obrazıdır. Uşaqlar onunla oynamağı və onun roluna girməyi çox sevir. Tibb barədə öyrənməklə yanaşı, həkim uşaqlara xəstəxana qorxusuna qalib gəlməyə kömək edir.

“Onlar əvvəllər həkimə gedəndə qorxduqları otoskop və termometr kimi əşyalarla indi oynayırlar.”

Lakin bu oyuncaqlar maarifləndirici olmaqla yanaşı, uşaqlara ənənəvi oyuncaqların hissini də bəxş edir.

Onlar əvvəllər həkimə gedəndə qorxduqları otoskop və termometr kimi əşyalarla indi oynayırlar.

“Biz onlara uşaqlıqlarının dadını çıxarmağa davam etdikləri oyuncaqlar hazırlayırıq. Məncə valideynlər bundan çox məmnundur. Texnologiyanın nə qədər inkişaf etməsinə baxmayraq, uşaqlar yenə də ənənəvi oyuncaqlarla oynamağa üstünlük verəcək”.

Daha böyük uşaqlar üçün isə daha çox texnologiya vasitələri var. Məsələn Tinker Bots. Bu, içində hərəkət sensoru olan konstruktordur və uşaqlar bu konstruktordan idarə edə biləcəkləri robot düzəldə bilər. Bir başqası da robot it ChiP-dir. O, uşaqlara məsuliyyətli olmağı öyrədir.

Digər oyuncaq isə Spooner Board-un tarazlıq lövhəsidir.

XS
SM
MD
LG