Accessibility links

Özbəkistanda 6.2 bal gücündə zəlzələ baş verib


Özbəkistanda 6.2 bal gücündə zəlzələ baş verib

Özbəkistanda baş verən güclü zəlzələ 13 nəfərin ölümünə, 80-dən çox insanın yaralanmasına səbəb olub. 6.2 bal gücündəki zəlzələnin bu gün səhər tezdən Orta Asiyanın Fərqanə vadisində, Özbəkistanla Qırğızıstan sərhədi yaxınlığındakı Fərqanə şəhərindən 42 km-lik məsafədə baş verdiyi bildirilir.

Özbək rəsmiləri zəlzələ nəticəsində Fərqanə vadisindəki bir neçə şəhərdə yaşayış binalarının dağıldığını, yaralanan 86 nəfərdən 35-nin xəstəxanaya çatdırıldığını deyirlər. Özbəkistan prezidenti İslam Kərimov fövqəladə işlər rəsmilərinə zəlzələdən zərər çəkənlərə təcili yardım göstərilməsi barədə göstəriş verib. Qırğızıstan itkilər barədə məlumat verməyib.

XS
SM
MD
LG