Accessibility links

Londonda Pakistanın tanınmış siyasi xadimi həbs edilib


Tanınmış Pakistan siyasətçisinin Londonda həbs edilməsi onun doğma şəhəri Karaçıdə iğtişaşların baş verməsi ilə bağlı narahatlıqların artmasına səbəb olub.

Müttəhidə Qaumi Hərəkatı partiyasının rəsmiləri Altaf Hüseynin bu gün həbs edildiyini bildirib.

Britaniya polisi bildirib ki, 60 yaşlı siyasətçinin Londondakı evində aparılan axtarışlardan sonra o, çirkli pulların yuyulmasında şübhəli bilinir. Amma polis onun kimliyini təsdiq etməyib.

Altaf Hüseyn Pakistanın Kəraçi liman şəhərində Müttəhidə Qaumi Hərəkatı partiyasına rəhbərlik edir. O, 1990-cı illərin əvvəllərində Pakistan hökuməti onun partiyasını təqib etməyə başlayandan sonra Londonda sığınacaq tapıb.

Altaf Hüseyn daim telefona birləşdirilmiş mikrofon vasitəsi ilə Kəraçidəki tərəfdarlarına müraciət edir. Hüseynin həbsi ilə bağlı məlumatlardan sonra Kəraçidə yürüşlər və zorakılıqların baş verəcəyindən ehtiyat edərək biznes idarələri tez bağlanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG