Accessibility links

Pakistanda ekstremal hava şəraiti 1000-dən artıq insan həyatına son qoyub


Pakistanda ekstremal hava şəraiti 1000-dən artıq insan həyatına son qoyub. Ölənlərin sayı artmaqda davam edir.

Bu gün Kəraçi şəhərində hava hərarəti 45 dərəcə olub. Pakistanlıların bir çoxu hökumət və kommunal xidmətləri qeyri-adekvat ölçülərə görə günahlandırır.

Pakistanın BMT-dəki sabiq səfiri Abdulla Hüseyn Harun federal hökumətdən tutmuş, elektrik şirkətlərinin məsuliyyət daşıdığını bildirib.

Kəraçi xəstəxanaları günvurmadan əziyyət çəkən insanlarla dolub. Son 3 gün ərzində xəstəxanalara 5 mindən çox insan yerləşdirilib.

Kəraçi şəhəri və Sind vilayətinin digər yerlərində istidən qorunmaq üçün sığınacaqlar fəaliyyətdədir.

Yollarda 173 yardım mərkəzi açılıb. Səhiyyə Nazirliyi Kəraçidə 61 mobil düşərgə salıb.

Dünən bir çoxlarının dəfn mərasimi keçirilib.

Şəhər qəbiristanlarında yer olmadığı deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG