Accessibility links

ABŞ Dövlət katibi Con Kerri Amerikanın pilotsuz idarə edilən təyyarələrinin hava hücumları ilə bağlı narahatlıqlar, qonşu Əfqanıstanda müharibə və radikal islamçılara qarşı mübarizə məsələlərini müzakirə etmək üçün Pakistana səfər edib.

Kerri İslamabadda cümə axşamı başlayacaq görüşləri əsnasında yeni seçilmiş baş nazir Navaz Şərif və ordu qərargahlar rəisi general Aşfaq Kayani daxil olmaqla ölkənin yüksək səviyyəli hərbi və mülki liderləri ilə müzakirələr keçirməyi planlaşdırır.

Pakistanda Amerika əleyhinə əhval-ruhiyyənin artdığı müşahidə edilir. Pakistan bunun səbəbi Birləşmiş Ştatların ölkənin terrorizmə qarşı mübarizədə verdiyi qurbanlara qiymət verməməsi ilə əlaqələndirir.

Ancaq ABŞ rəsmiləri cənab Şərifin baş nazir seçilməsi və ABŞ qüvvələrinin
Əfqanistandan çıxarılması planlarının iki ölkə arasında əlaqələrin bərpası üçün yeni imkanlar açacağına ümid etdikklərini bildiriblər.

Obama administrasiyası 2011-ci ildən bəri baş diplomatını ilk dəfədir Pakistana göndərib.
XS
SM
MD
LG