Accessibility links

Pakistanda Taliban yaraqlıları hərbi bazaya hücum edib


Avtomat silahlar və qumbaraatanlarla silahlanmış yaraqlılar Pakistanın şimalında yerləşən hərbi hava qüvvələrinə məxsus böyük bazaya hücum edib. Qarşıdurma zamanı bir əsgər və doqquz yaraqlı həlak olub.

Pakıstan rəsmilərinin sözlərinə görə, Kamradakı hərbi baza bu gün bir neçə saat davam edən atışmadan sonra yenidən nəzarət altına alınıb. Atışma zamanı bazanın komandiri də yaralanıb.

Bundan əvvəlki məlumatda Pakistanın iki təhlükəsizlik rəsmisinin həlak olduğu deyilirdi. Talibanın Pakistandakı qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Ötən bir neçə il ərzində yaraqlı qrup bir neçə dəfə hərbi bazalara hücumlar edib.

Rəsmilər İslamabaddan 60 kilometr şimal-qərbdə yerləşən bazanın ölkənin nüvə arsenalı ilə əlaqəsi olmadığını deyib.
XS
SM
MD
LG