Accessibility links

Pakistanda xəstəxanada partlayış onlarla adamın həyatına son qoyub


60-dan artıq ölü, 160-dan çox yaralı var

Bazar ertəsi Pakistanın cənub-qərbində yerləşən Qetta şəhərində baş verən güclü partlayış 60-dan artıq adamın ölümü, 160-dan çox insanın yaralanması ilə nəticələnib.

Xəstaxana rəsmilərinin sözlərinə görə, yaralananlardan 20-dən çoxu kritik vəziyyətdədir və ölənlərin sayının artma ehtimalı var. Hadisə qurbanlarının əksəriyyəti hüquqşünaslardır.

Scene of hospital bombing in Quetta, Pakistan, Aug. 8, 2016. (Photo: H. Samsor for VOA)
Scene of hospital bombing in Quetta, Pakistan, Aug. 8, 2016. (Photo: H. Samsor for VOA)

Partlayış onlarla hüquqşünasın naməlum şəxs tərəfindən atəş açılaraq öldürülmüş əyalət vəkillər assosiyasiyasının prezidentini anmaq və bu hadisəyə etiraz etmək məqsədi ilə Qettanın mülki hospitalında bir araya gəldikləri zaman baş verib.

Etirazı işıqlandıran jurnalist və kameramanlar da ölən və yaralananlar arasındadır.

Amerikanın Səsinə danışan dövlət sözçüsü Ənvər ül-Haq Kakar insidentin detallarını açıqlayıb.

“Bu gün bizim dəyərli vəkillərimizdən biri Bilal Ənvər Kasi səhər saatlarında naməlum şəxs tərəfindən güllələnərək öldürülüb. Onun cəsədini xəstəxanadan götürmək üçün hüquqşünaslar bir araya gəliblər. Bu zaman güclü partlayış baş verib və nəticədə onlarla ölü və yaralı var.”

Pakistan Talibanın bir qolu olan Camaat-ül-Əhrar hücumun məsuliyyətini öz üzərinə götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG