Accessibility links

Pakistan hərbi qüvvələrinin komandiri ABŞ-a səfər edir


Pakistan hərbi qüvvələrinin komandiri generl Rahil Şərif
Pakistan hərbi qüvvələrinin komandiri generl Rahil Şərif

Pakistan hərbi qüvvələrinin komandiri generl Rahil Şərif bazar ertəsi Birləşmiş Ştatlara beş günlük mühüm səfərə başlayır. Rəsmilərin bildirdiyinə görə, Amerikanın yüksək səviyyəli rəsmiləri ilə görüşlər zamanı regionda əks-terror və Əfqanıstanda sülh səyləri kimi məsələlər diqqət mərkəzində olacaq.

General Şərifin ABŞ-da yüksək səviyyəli hərbi rəsmilər və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ilə görüşü planlaşdırılıb. ABŞ və Pakistan təhlükəsizlik və əks-terror sahələrində əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək.

Pakistanın yüksək səviyyəli rəsmisinin bildirdiyinə görə, general Şərifin ABŞ-ın vitse-prezidenti Co Bayden, Dövlət katibi Con Kerri və Müdafiə naziri Eşton Karterlə mühüm danışıqları planlaşdırılıb.

Adının açıqlanmasını istəməyən Pakistan rəsmisi Amerikanın Səsinə bildirib ki, general Şərif ABŞ liderlərini Əfqanıstanla sərhəddə şimal-qərb bölgəsində əks-terror əməliyyatlarının gedişi ilə bağlı məlumatlandıracaq.

Pakistan hərbi qüvvələrinin üsyançılar əleyhinə yarı muxtar Şimali Vəziristan bölgəsində 18 ay əvvəl başladığı genişmiqyaslı əməliyyatlar ölkənin başqa hissələrini də əhatə edərək genişləndirilib.

XS
SM
MD
LG