Accessibility links

Pakistanın şimal bölgəsində yaraqlıların hücumu nəticəsində 9 turist həlak olub. Onların 5-i ukraynalı, 3-ü çinli, 1-i rusdur. Rəsmilərin bildirdiyinə görə, naməlum silahlı şəxslər onlara Nanqa Parbat dağındakı düşərgədə hücum edib.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Bölgə polis tərəfindən mühasirəyə alınıb, vertolyotlarla axtarış aparılır. Hücum Pakistanın onsuz da ziyan çəkən turizm sənayesinə daha bir zərbə hesab edilir.
XS
SM
MD
LG