Accessibility links

Pakistanda davam edən sellər səbəbindən minlərlə insan didərgin düşüb


Pakistanda davam edən sellər səbəbindən minlərlə insan didərgin düşüb
Pakistanda davam edən sellər səbəbindən minlərlə insan didərgin düşüb

Ölkənin şimal-qərbində 3 milyondan çox insan evsiz-eşiksiz qalıb

Pakistanın sakinlərin çoxluq təşkil etdiyi bölgələrdə baş verən təbii fəlakət nəticəsində minlərlə insanın didərgin düşdüyü bildirilir. Pakistanın şimalındakı sellər evləri dağıdıb, kəndləri viran qoyub, milyonlarla insanın didərgin düşməsinə səbəb olub. Rəsmilər deyirlər ki, on minlərlə insanın xilas edilməsinə baxmayaraq, 1500-dən çox adam təbii fəlakətin qurbanı olub. Sağ qalanlardan çoxu isə özlərinə qaçqın düşərgələrində yer tapıblar.

Ordunun leysan yağışların davam etdiyi Mərkəzi Pəncab və cənubi Sindh vilayətlərindən insanların evakuasiya edilməsində yarım etdiyi deyilir. Təbii fəlakət qurbanlarına yardım edən həkimlər onlardan bəzilərinin artıq xəstə olduqlarını və içməli suya böyük ehtiyac olduğunu deyirlər.

Beynəlxalq ictimaiyyət tələb olunan ərzaq, su, dərman və digər mühüm təchizatlarla yardım etməyə hazır olduğunu bildirib.Birləşmiş Ştatlar isə 10 milyon dollar məbləğində yardım və hərbi vertolyotlarla təchizat və ərzaq paketləri göndərəcəyinə söz verib.

Pakistan rəsmiləri hava şəraitinin xilasetmə işlərinə maneələr törətdiyini deyirlər. Onlar yağışın və daşqınların davam edəcəyini bildirirlər. Rəsmilər bu gün eləcə də, Pakistan Kəşmirində selin sərnişin avtobusunu çaya salması nəticəsində 20-dən çox insanın öldüyünü bildirmişlər.

XS
SM
MD
LG