Accessibility links

Pakistanda fəhlə düşərgəsinə basqın olub


Baluchistan, Pakistan
Baluchistan, Pakistan

Hücum nəticəsində 20 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Pakistanın cənub-qərbində fəhlələrin düşərgəsinə basqın edən silahlı şəxslər 20 nəfəri öldürüb. Hücum nəticəsində 3 nəfər isə yaralanıb.

Rəsmilər deyir ki, hücum sübh tezdən Bəlucistan vilayətinin ucqar Turbat rayonunda həyata keçirilib. Hadisə qurbanları körpü inşasında çalışırdılar.

Hücumu etnik bəluc yaraqlıların həyata keçirdiyi ehtimal edilir. Onlar on illərdir kiçik miqyaslı yaraqlı hücumları həyata keçirərək vilayətdəki təbii resurslar üzərində daha çox haqlarının olduğunu iddia edir. Son zamanlar yaraqlılar Bəlucistanda yenidənqurma işlərinə cəlb olunan başqa azlıqlardan və Pakistanın başqa ərazilərindən olan işçilərə qarşı hücumların sayını artırıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG