Accessibility links

Pakistanda yolkənarı bomba partlayışı əsgərləri hədəf alıb


Pakistanda yolkənarı bomba partlayışı əsgərləri hədəf alıb
Pakistanda yolkənarı bomba partlayışı əsgərləri hədəf alıb

Pakistan təhlükəsizlik xidmətinin rəsmiləri bildirirlər ki, bu gün ölkənin şimal-qərbində yolkənarı bomba partlayışı nəticəsində altı əsgər həlak olub və azı ikisi isə yaralanıb. Rəsmilər deyirlər ki, yolkənarı bomba partlayışı Orakzay tayfasının yaşadığı regionda sərhədçilərin maşınını dağıdıb. İyun ayından bəri Pakistan hərbi qüvvələrinin taliban yaraqlılarına geniş-miqyaslı hücumu bu regiondan başlayıb. Bölgədə hərbi əməliyyatlar hələ də davam edir. Bu arada ölkənin şimal-qərbində məsciddə bomba partlayışı azı iki nəfərin həlak olmasına və11 nəfərin yaralanmasına bais olub. Rəsmilər deyirlər ki, hadisə məsciddə cümə namazından sonra baş verib.

XS
SM
MD
LG