Accessibility links

Pakistan Talibanı ənənəvi yaz hücumlarını dayandırlmağa çağırıb


Pakistan Əfqanıstan Talibanını ənənəvi yaz hücumlarına son qoymağa və bunun əvəzində Kabil hökuməti ilə sülh danışıqlarında iştiraka çağırıb.

Pakistanın yüksək vəzifəli rəsmisi tərəfindən Amerikanın Səsinə göndərilən bəyanatda Pakistanın çağırışının Əfqanıstan və Taliban rəsmiləri və başqa nümayəndələrin qeyri-rəsmi danışıqlar üçün Qətərdə toplaşdığı vaxta təsadüf etdiyi bildirilir.

Qətərin paytaxtı Dohada keçirilən iki günlük açıq müzakirələrə Talibanın rəhbərlik etdiyi xəbərdarlıq fraksiyasının nümayəndələri, hökumətin sülh müzakirəçiləri və Əfqanıstan sülh fəalları qatılıb.

Pakistan rəsmiləri deyir ki, onlar danışıqların nəticəsini səbrsizliklə gözləyirlər və ölkə tam olaraq qonşu Əfqanıstanda münaqişəyə dinc yolla son qoyacaq bütün səyləri dəstəkləyir.

XS
SM
MD
LG