Accessibility links

Müsavat, REAL və NİDA təkrar parlament seçkiləri tələb edir


Müsavat, REAL və NİDA-nın birgə toplantısı
Müsavat, REAL və NİDA-nın birgə toplantısı

Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı və “NİDA” Vətəndaş Hərəkatı 1 noyabrda kerçirilən parlament seçkilərinin nəticələrinin ləğv edilməsini və təkrar seçkilər keçirilməsini tələb edir.

Hər üç qüurumun noyabrın 2-də yaydığı birgə bəyanatda deyilir:

Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı, “NİDA” Vətəndaş Hərəkatı

- Siyasi məhbusların azad edilmədiyi;

- Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühitin yaradılmadığı;

- Seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında qaldığı;

- Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilmədiyi;- İctimai diskussiyaların təşkil edilməsi məqsədi ilə namizədlərə pulsuz efir vaxtının ayrılmadığı;

- Nəticə etibarilə faktiki alternativsizlik şəraitində və repressiya dalğası altında keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edərək;

Azərbaycan hakimiyyətindən 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin ləgv edilməsini, siyasi məhbusların dərhal azadlığa buraxılmasını, seçki qanunvericiliyində zəruri islahatların aparılmasını və 2016-cı ildə təkrar seçkilərin keçirilməsini tələb edir.

Noyabrın 1-də keçirilən parlament seçkilərində Müsavat Patiyasının qeydiyyatdan keçmiş 24 depuatlığa namizədindən, REAL Hərəkatının 10 namizədindən və NİDA Hərəkatının 2 namizədindən bir nəfər belə Məkəzi Seçki Komissiyasının elan etdiyi lider namizədlər siyahısında yoxdur.

XS
SM
MD
LG