Accessibility links

Parisdə Yaxın Şərqdə sülhə dair konfrans keçirilir


Fransanın xarici işlər naziri Mark Eyro konfransın açılışında çıxış edir
Fransanın xarici işlər naziri Mark Eyro konfransın açılışında çıxış edir

Fransa Yaxın Şərqdə sülhə iki dövlətin mövcudluğu prinsipi əsasında nail olunması məqsədilə konfransa ev sahibliyi edir.

"Bizim birgə məsuliyyətimiz israillilər və fələstinliləri danışıqlar masasına gətirməkdən ibarətdir. Biz bunun çətin olduğunu bilirik, amma başqa alternativ varmı?" -deyə Fransanın xarici işlər naziri Mark Eyro konfransın açılışında bildirib.

Dünyanın 70-dən çox ölkəsinin nümayəndəsi İsrailin Şərqi Qüds də daxil olunmaqla, işğal olunmuş Fələstin ərazilərində yaşayış məntəqələri inşa etməsinə etiraz bildirmək məqsədilə Paris konfransında iştirak edir.

Nə İsrail, nə də Fələstin nümayəndələri görüşə qatılmayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu Paris görüşünün "mənasız" və "saxta" olduğunu bildirib.

Bizim birgə məsuliyyətimiz israillilər və fələstinliləri danışıqlar masasına gətirməkdən ibarətdir. Biz bunun çətin olduğunu bilirik, amma başqa alternativ varmı?"
Mark Eyro

Keçən ay Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında İsralin Fələstin ərazilərində yaşayış məntəqələri inşa etməsini qınayan qətnamə üzrə səsvermə keçirilən zaman tarixi addım ataraq bitərəf qalmışdı. Birləşmiş Ştatlar əvvəllki illər eyni qətnamələrin səsə qoyulduğu zaman Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququndan istifadə edərək, sənədin qəbul olunmasının qarşısını almışdı.

Bu addım Obama administrasiyasının səkkiz ildən sonra hakimiyyətdən getməyə hazırlaşdığı vaxt Yaxın Şərqlə bağlı mövqeyini ifadə etməsi üçün Ağ Ev tərəfindən verilmiş qərar kimi dəyərləndirilir.

Qüdsdə inşa edilmiş yəhudi yaşayış kompleksi
Qüdsdə inşa edilmiş yəhudi yaşayış kompleksi

Fələstinlilər uzun müddətdir onların gələcək dövlətinin bir hissəsi kimi gördükləri ərazilərdə yəhudi yaşayış məntəqələrinin salınmasının qeyri-qanuni olduğunu bildirir və bunu sülh razılaşmasının əldə edilməsi qarşısında əsas maneə adlandırır.

İsrail yəhudilərin 1967-ci il müharibəsi zamanı işğal edilmiş ərazilərə "bibliyaya əsasən" hüququ olduğunda təkid edir. İsrail sülhə əsas maneənin Fələstinin yəhudi dövlətinin mövcudluğunu tanımaması olduğunu bildirir.

Şərqi Qüdsdə və İordan çayının Qərb sahilində dünya ölkələrinin çoxunun qeyri-qanuni kimi tanıdığı yaşayış məntəqələrində 500 mindən çox israilli yaşayır. Obama administrasiyası yaşayış məntəqələrini "qeyri-legitim" adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG