Accessibility links

Bu gün Pekində ABŞ-Çin Strateji və İqtisadi Dialoqun növbəti 8-ci sessiyası işinə başlayıb.

ABŞ-ı tədbirdə təmsil edən dövlət katibi Con Kerri Çinin Cənubi Cin dənizində mübahisəli ərazilərlə bağlı qonşuları ilə aralarında mövcud olan mübahisələri həll etməyə çalışır.

Tərəfləri problemləri beynəlxalq qanunlar çərçivəsində həll etməyə çağırıram

Tədbirin açılışında Kerri Çini mübahisələrin diplomatik yolla həllinə səsləyib.

“Biz iddialarla bağlı heç kimin tərəfini saxlamırıq. Bizim tutduğumuz mövqe mübahisələri qanunun aliliyi, diplomatiya və dialoq yolu ilə həllinə yardım etməkdir. Tərəfləri problemləri beynəlxalq qanunlar çərçivəsində həll etməyə çağırıram”-deyə ABŞ dövlət katibi bildirib.

Çin uzun zamandır ki, Amerikanı tərəf tutmaqda ittiham edir. Çin prezidenti Tsi Cinpinq qarşılıqlı etimada ehtiyac olduğunu vurğulayıb.

"Çin və ABŞ kommunikasiya və Asiya-Sakit Okeanı hövzəsi məsələlərinin həllində əməkdaşlığı genişləndirməlidir”-deyə Çinin dövlət başçısı bildirib.

Kerrinin dedikləri Tayvan, Vyetnam, Filippin adaları, Bruney və İndoneziyanın da iddia etdiyi adalarda Çinin hərbi mövcudluğunu artırmasına aid olub.

Çinlə əməkdaşlığa dair yüksək səviyyəli görüşdən öncə ABŞ dövlət katibi Çini Cənubi Çin dənizində müdafiə zonasına (ADİZ) malik olduğu iddialarından əl çəkməyə çağırıb.

Con Kerri deyib ki, dənizin bir hissəsinin Çinə məxsus olduğuna dair iddialar provokativ mahiyyət daşımaqla yanaşı, sabitsizləşdirmə əməlidir.

Çin və ABŞ kommunikasiya və Asiya-Sakit Okeanı hövzəsi məsələlərinin həllində əməkdaşlığı genişləndirməlidir

ADIZ mülki təyyarələr də daxil edilməklə, həmin zoyana uçmaq üçün bütün təyyarələr Çinin qeydiyyatından keçməlidir. Çinin iki il əvvəl elan etdiyi bu iddia ABŞ-ın ciddi narazalığı ilə qarşılanıb.

Cənubi Çin dənizi vasitəsi ilə həyata keçirilən ticarətin illik həcmi 5 trillion dollar təşkil edir.

XS
SM
MD
LG