Accessibility links

Pens: ABŞ-ın Translantik alyans qarşısında öhdəlikləri sarsılmazdır


ABŞ-ın vitse-prezidenti Mayk Pens Münhendə Təhlükəsizlik Konfransında çıxış edir
ABŞ-ın vitse-prezidenti Mayk Pens Münhendə Təhlükəsizlik Konfransında çıxış edir

ABŞ-ın vitse-prezidenti Mayk Pens Münhendə Təhlükəsizlik Konfransında Birləşmiş Ştatların Avropa müttəfiqlərini Amerikanın Translantik alayansa sədaqətinin dəyişməz olduğunu deyib. "Tarix bunu təsdiq edəcək ki, Birləşmiş Ştatlar və Avropa dinc və firavan olduqa biz bütün dünyada sülhün və tərəqqinin inkişafına nail ola bilirik"-deyə Pens bildirib.

"Bu gün mən prezident Donald Trampın adından sizi əmin edirəm. Amerika Birləşmiş Ştatları NATO-ya güclü dəstək verir və bizim Translantik alyans qarşısında təəhhüdümüz dəyişməz qalacaq"-ABŞ-ın vitse-prezidenti sözün davam edib.

Tarix bunu təsdiq edəcək ki, Birləşmiş Ştatlar və Avropa dinc və firavan olduqa biz bütün dünyada sülhün və tərəqqinin inkişafına nail ola bilirik.
Mayk Pens

Pens deyib ki, "Birləşmiş Ştatlar və Avropanın taleyi bir-birinə bağlıdır". "Bu bağlar o qədər güclüdür ki, keçən əsr amerikalılar sizin torpaqlarınızı müdafiə etmək üçün öz torpaqlarından buraya gəliblər."

Pens NATO-nun İslam Dövləti kimi qruplara qarşı mübarizədə digital platformada dominantlığının əhəmiyyətini vurğulayıb.

Almaniya kansleri Angela Merkel və ABŞ-ın vitse-prezidenti Mayk Pens Münhendə Təhlükəsizlik Konfransında
Almaniya kansleri Angela Merkel və ABŞ-ın vitse-prezidenti Mayk Pens Münhendə Təhlükəsizlik Konfransında

ABŞ-ın vitse-prezidenti Ukraynada münaqişəyə də toxunub. "Ukraynaya gəldikdə, biz Rusiyanı məsul tutmalıyıq və Ukraynanın şərqində gərginliyin azaldılmasına başlayaraq, Minsk razılaşmalarına əməl olunmasını tələb etməliyik", deyə o bildirib.

Ukraynaya gəldikdə, biz Rusiyanı məsul tutmalıyıq və Ukraynanın şərqində gərginliyin azaldılmasına başlayaraq, Minsk razılaşmalarına əməl olunmasını tələb etməliyik
Mayk Pens

Pens bildirib ki, "Birləşmiş Ştatlar biz hətta, bilirsiniz ki, prezident Tramp mümkün olduğuna inandığı kimi ümumi əsaslar axtardığımız zaman Rusiyanı məsul tutmağa davam edəcək".

Pens alyansı ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putin haqda yüksək fikir söyləməsi və qlobal qeyri-müəyyənliklərin mövcud olduğu bir vaxtda NATO-u tənqid etməsindən sonra Birləşmiş Ştatların dəstəyinə əmin etməyə çalışır.

Mayk Pens eyni zamanda, NATO üzvlərinə deyib ki, Tramp alyans üzvlərininqurumun maliyyə öhdəliklərinə əməl edəcəyini gözləyir. O qeyd edib ki, NATO-nun 28 üzvü 2014-cü ildə ÜDM-nin (ümümdaxili məhsul) iki faizini 10 il ərzində müdafiə xərclərinə ayrılması barədə üzərlərinə təəhhüd götürüb. Pens yalnız Birləşmiş Ştatlar və daha dörd ölkənin blok qarşısında maliyyə məsuliyyətini yerinə yetirdiyini bildirib.

ABŞ-ın vitse-prezidenti Almaniya kansleri Angela Merkel və Şərqi Avropa ölkələrinin liderləri, eləcə də Əfqanıstan prezidenti Əşrəf Qani və İraqın baş naziri Heydər Əl-Əbədi ilə ilə görüşlər keçirir.

Cümə günü ABŞ-ın Müdafiə naziri im Mattis Münhen Təhlükəsizlik Konfransında Amerikanın təhlükəsiziyinin Avropanın təhlükəsizliyi ilə sıx bağlı olduğunu deyərək, NATO-nun kollektiv müdafiə prinsipini "təəhhüdün təməl daşı" adlandırıb.

XS
SM
MD
LG