Accessibility links

Azərbaycanda pensiya siyasəti [Video]


Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov

Dövlət Sosial Müdafiə Fondunun sədri pensiyaların artacağını bildirib

2020-ci il üçün sosial sığortanın 1 illik stajının dəyəri pensiyanın baza hissəsinin 12 vahidinə bərabər olacaq. Başqa sözlə, orta əməkhaqqı 684 manat, orta pensiya ayda 270 manat olacaq.

«Azərbaycan 2020: Gələcəyə baxış» beynəlxalq konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov məlumat verib ki, kişilər üçün əmək pensiyası yaşı 63, qadınlar üçün 60 yaş planlaşdırılır.

Aktuarilər müasir metodika ilə hesablayıblar ki, bu vaxt üçün inflyasiya 4%-dən çox olmayacaq. Muzdlu işçilər 2 mln (əmək qabiliyyətli əhalinin 37-42%-i) təşkil edəcək.

Bu müddətdə kişilərin pensiya aldığı müddət 10 il, qadınlarınkı 21 il (orta hesabla 16,4 il) olacaq. Bu, onunla şərtlənir ki, kişilərin orta yaşı 73, qadınlarınkı 81 ildir.
8 ildən sonra işəgötürənlər üçün sosial ödənişlərin faizi 22-dən 15 faizə düşəcək, işçilər üçün isə 3-dən 10 faizədək artacaq. 2020-ci ilə pensiyaçıların sayı 1,328 milyon nəfər təşkil edəcək Hər pensiyaçıya 2 sosial sığorta ödəyən düşəcək.

2020-ci ilə fondun xərcləri 4,3 milyard manat təşkil edəcək, orta aylıq pensiyanın məbləği 325 dollaradək artacaq, bu da bugünkü kimi orta aylıq əməkhaqqının 38-40 faizini təşkil edəcək.

Fondun gəlirlərinin ümumi strukturunda sosial sığorta üzrə ödənişlərdən gəlirlərin payı indiki 58 faizdən 73 faizədək artacaq", - deyə Səlimov vurğulayıb.

Onun sözlərinə görə, 2020-ci ilədək Azərbaycanda pensiya-sığorta sisteminin idarə edilməsi tamamilə avtomatlaşdırılacaq.

"2020-ci ilədək DSMF-nin bütün istiqamətləri avtomatlaşdırılacaq. İndiyədək Dövlət Fondunun orqanlarının 84 faizinin fəaliyyəti avtomatlaşdırılıb, 2020-ci ilədək isə fondun bütün bu struktur bölmələrinin işi avtomatlaşdırılacaq".

Fond sədri deyib ki, hazırda Azərbaycanda pensiyaların verilməsi üçün 600-dən artıq bankomat mövcuddur.

“2020-cu ilədək pensiya kartları çip kartlar olacaq”
.
DSMF rəhbəri bildirib ki, 2020-ci ilədək fondun bütün ADSL qoşulmaları optik-lif rabitə xətləri ilə əvəz olunacaq.

"Pensiyaların təyin olunması və hesablanması da tam avtomatlaşdırılacaq".

O həmçinin iş yerlərinin gizlədildiyini də deyib.

“Tərtib olunan cədvəllərdə əmək haqları real əmək haqlarından iki dəfədən çox aşağı göstərilir. Ölkədə məşğul əhalinin yalnız 31,7 faizi müqavilələr əsasında muzdla işləyənlərdir. Bütün bunlar onu göstərir ki, iqtisadiyyatda böyük iş yerlərinin açılmasına baxmayaraq, iş yerləri qeydiyyatdan gizlədilir", - fond sədri deyib.
XS
SM
MD
LG