Accessibility links

Pentaqon yaxınlığında şübhəli avtomobil aşkar edilib


Pentaqon yaxınlığında şübhəli avtomobil aşkar edilib
Pentaqon yaxınlığında şübhəli avtomobil aşkar edilib

ABŞ rəsmiləri ölkənin Müdafiə Nazirliyinin yaxınlığında sübhəli avtomobil barədə aparılan istintaq çərçivəsində bir nəfəri saxlayıblar.

Polis rəsmisi bu gün jurnalistlərə bildirib ki, şübhəli şəxs dünən gecə Vaşinqton yaxınlığındakı Arlinqton Milli Qəbiristanlığında ələ keçirilib. Rəsminin sözlərinə görə, həmin şəxsi tapandan sonra park polisi avtomobildə axtarış aparmağın uyğun olduğunu düşünüb.

Rəsmi deyir ki, Pentaqon yaxınlığında aşkar edilib bə yerli yanğınsöndürmə departamenti təhqiqat aparmaq üçün bomba zərərsizləşdirən dəstəni hadisə yerinə göndərib. Rəsmi avtomobildə şübhəli bağlanamasının aşkarlanması barədə mətbuatda yayılan xəbərləri təsdiq edə bilmədiyini deyib.

Pentaqon ətrafında avtomobil yollarının böyük əksəriyyəti bağlanıb.

XS
SM
MD
LG