Accessibility links

BMT-nin son hesabatında deyilir ki, dünyanın 7 milyard əhalisinin yarısından çoxu böyük şəhərlərdə yaşayır. "Tokio, Dehli, Şanxay, Mexiko və Sao-Paulo kimi şəhərlərin əhalisi 10 milyondan çoxdur" - deyə, hesabatda bildirilir.

Hesabatda 2045-ci ilə qədər şəhər sakinlərinin sayının 6 milyarda çatacağı deyilir. Növbəti üç onillikdə, əsasən Afrika ölkələri olmaqla, inkişaf etməkdə olan ölkələrdə şəhər əhalinin sayı 2.5 milyard artacaq.

Qarşıdan gələn 30 ildə Hindistan, Nigeriya və Çində əhalinin sayının 37 faiz artacağı deyilir ki, bu da 2050-ci ilədək əhalinin sayı Hindistanda 404 milyon, Çində 292 milyon, Nigeriyada isə 212 milyon artım deməkdir.

Son illər dünya boyu əhalinin sayı elə sürətlə artıb ki, 1990-cı illərdə əhalisi böyük olan şəhərlərin sayı 10 idisə, hazırda 28-dir. Bunlardan on altısı Asiyada, dördü Latın Amerikasında, üçü Afrikada, üçü Avropada, ikisi isə Şimali Amerikadadır.


XS
SM
MD
LG