Accessibility links

Bred Pittlə Ancelina Coli aralarında münasibətlər yaxşılığa doğru gedir


“People” jurnalına əsasən, keçmiş cütlük altı ay ayrılıqdan sonra yenidən bir-biri ilə danışmağa başlayıb.

“People” jurnalı yazır ki, Bred hadisələrin ictimaiyyətdən gizli saxlanılmasından çox məmnundur.

Onların boşanma prosesini xatırlayanlar bilir ki, rəsmilər aktyor və onun uşaqları ilə münasibətlərini araşdırırdı.

Bundan sonra fərdi məlumat məhkəmə sənədlərindən ictimayyətə yayılıb. Bu isə cütlüyün boşanma prosesi və uşaqlara himayədarlıq məsələsini ictimayətdən uzaq tutmaq üçün fərdi hakim işə cəlb etmələrinə səbəb oldu.

“People” jurnalı yazır ki, “boşanma prosesi çətin oldu. Amma onlar bunun öhtəsindən gələ bilib.”

Sözün əsl mənasında, Bred uşaqlar Los Ancelesdə olan zaman onlarla daha çox vaxt keçirir və Ancelina onun gözəl ata olduğunu deyir.

Bəli, qalmaqalla başlayan proses nəhayət səngiyib.

XS
SM
MD
LG