Accessibility links

Türkiyə qüvvələri ilə PKK arasında toqquşmalar davam edir


Rəsmilər dünən Siir vilayətində azı 11 yaraqlı daxil olmaqla, bir Türk əsgəri və üç kənd qarovulçusunun qətlə yetirildiyin bildirib

İraq sərhədi yaxınlığında toqquşma zamanı Türkiyə təhlükəsizlik qüvvələrinin dörd üzvü və azı 11 Kürd yaraqlısı həlak olub. Rəsmilər dünən Siir vilayətində azı 11 yaraqlı daxil olmaqla, bir Türk əsgəri və üç kənd qarovulçusunun qətlə yetirildiyin bildirib. Türkiyə 1984-cü ildən başlayaraq Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı vuruşur. PKK Türkiyənin cənub-şərqində kürd muxtariyyatı uğrunda vuruşur və Şimali İraqda bazalara malikdir. Ankara və əksər dövlətlər PKK-nı terrorçu qrup hesab edir. Qrup bu yaxınlarda bir il sürən atəşkəsi türk hərbçilərinin hücumlarına cavab olaraq pozduğunu deyir.

XS
SM
MD
LG