Accessibility links

Roma Papası Fransis Polşada polşalıların sevimli məqbərəsini ziyarət etdikdən sonra izdihamlı kütlə qarşısında yerə yıxılıb.

Fransis Çestoçovada Qara Madonna məqbərəsində pilləkənlə qalxan zaman ayağı büdrəyib. Yepiskoplar və təhlükəsizlik işçiləri ona yardım etməyə çalışıb.

79 yaşlı Roma Papası cəld ayağa qalxıb və Jasna Qora Monastırında dua etmək üçün yoluna davam edib.

Fransis Dünya Gəncləri Gününda iştirak etmək üçün Şərqi Avropaya ilk və beş günlük səfər edir.

Fransis ilk dəfə əhalisinin 95 faizi katolik olan və müharibələrdən qaçanları qəbul etməyən bir ölkəyə səfər edib. Roma Katolik kilsəsinin lideri üçün müharibə və münaqişə səbəbindən didərgin düşən qaçqınlara yardım məsələsi olduqca mühümdür.

Çərşənbə günü Polşaya gedən Roma Papası o ölkənin siyasi və dini liderləri, habelə müxbirləri ilə görüşüb. O, ziyarətçiləri Krakovun yepiskop sarayının pəncərəsindən salamlayıb.

Fransis Fransa Katolik keşişinin İŞİD tərəfindən öldürülməsindən də danışıb. Roma Papası bu və digər hücumların dünyada müharibə getdiyinə sübut olduğunu bildirib.

XS
SM
MD
LG