Accessibility links

Pravoslav xristianlar Milad bayramını qeyd edirlər


Pravoslav xristianlar Milad bayramını qeyd edirlər
Pravoslav xristianlar Milad bayramını qeyd edirlər

Köhnə Yulian təqviminə riayət edən pravoslav xristianlar Milad bayramını qeyd edirlər. Rusiya, Gürcüstan, Makedoniya,Ukrayna, Serbiya və Monteneqro İsa Məsihin doğum gününü yanvarın 7-də bayram edirlər. Bu ənənəyə Misirdəki koptik xristian kilsəsi də riayət edir. Rusiyada prezident Dmitri Medvedev deyib ki, Milad “sevgi və mehribanlıq dəyərləri bəxş edir” və bu bayram rus xalqının mənəvi dəyərlərinə və vəhdətinə töhfə verib. Serbiya patriarxı İrinej inanclılara xatırladıb ki, Milad sülh və sevgi bayramıdır və onları bu ruhda yaşamağa çağırıb. Misirdə isə koptik xristianlar Miladı 21 dindaşlarının qətlinin ardınca yüksək təhlükəsizlik şəraitində qeyd ediblər. Roma Katolik Kilsəsi və başqa xristian təriqətlər isə yeni (Qreqori) təqvimə əsasən Milad mövsümünün son günü kimi çərşənbə axşamı Epifaniya Ziyafətini qeyd edirlər.

XS
SM
MD
LG