Accessibility links

Prezident Bəşar Əl-Əssədin ölkədəki böhranla bağlı rəsmi müraciəti gözlənilir


Prezident Bəşar Əl-Əssədin ölkədəki böhranla bağlı rəsmi müraciəti gözlənilir
Prezident Bəşar Əl-Əssədin ölkədəki böhranla bağlı rəsmi müraciəti gözlənilir

Prezident Bəşər Əl-Əssədin Yəməndə baş qaldıran böhranla bağlı rəsmi müraciəti gözlənildiyi bir vaxt, hökumətə qarşı olanlar etiraz tətillərini davam etdirilməsinə çağırırlar. Təhlilçilər prezidentin artıq on illərdir davam edən edən fövqəladə vəziyyət qanununun ləğvi barədə açıqlama verəcəyini gözləyirlər.

Liman şəhəri Lakatiyada keçən həftə baş verən zorakılıqlardan sonra məktəblər və bizneslər bağlı, küçələrdə sakitlikdir. Keçən fəftənin şəbnbə günü zorakılıqlar səbəbindən ölənlərdən bəziləri dəfn edilib.

Suriyanın hökumət televiziyası son zamanlar ölkədə etiraz aksiayalarının daha geniş yayılmasında xarici qüvvələri günahlandırıb və deyib ki, qərbin kütləvi informasiya vasitələri hadisələri şişirdir. Ölkədəki xarici jurnalistlərdən bəzilərinin həbs edildiyi, bəzilərinin ölkədən xaric edildiyi, bəzi jurnalistlərin isə itkin düşdükləri deyil

Şahidlərin dediyinə görə, bazar ertəsi cənubdakı Dəra şəhərində Suriyanın təhlükəsizlik qüvvələri minlərlə etitrazçılara qarşı gözyaşardıcı qazdan istifadə etmişdir. Bəziləri isə təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açdıqlarını desələr də, Suria televeziyası bütün bu ittihamları rədd edib.

Televiziya ilə eləcə də onlarla vətəndaşın prezident Əl-Əssədi dəstəklədiklərini dedikləri süjetlət nümayiş etdirilib. Sakinlərdən biri isə son zamanlar ölkədə baş verənlərə görə Birləşmiş Ştatları və İsraili günahlandırıb.

Əl-Ərəbiyyə televiziyası prezident Bəşər Əl-Əssədin baş məsləhətçisi Butaina Şabanın baş verən bütün zorakılıqların arxasında İslamçı fundamentalistlərin durduqlarını dediyi nümayiş etdirilib. Jurnalistlərlə söhbəti zamanı prezidentin məsləhətçi deyib ki, 1963-cü ildən bəri qüvvədə olan qanunun ləğvi də daxil edilməklə, prezident Əssəd yaxın zamanda xalqa müraciət edəcək.

Cənab Əssəd ölkənin ən azı altı şəhərində on gün bundan əvvəl onlarla insanın ölümü və yaralanması ilə nəticələnən zorakılıqlardan sonra müraciətini təxirə saldı.

XS
SM
MD
LG