Accessibility links

Barak Obama İrana qarşı yeni sanksiyalarla müsbət nəticə əldə ediləcəyindən əmin olmadığını bildirib

Bununla yanaşı o deyib ki, ardıcıl təzyiqlərin ola bilsin ki, İranı sonda nüvə silahı istehsal etmək fikrindən çəkindirə bilsin.

Birləşmiş Ştatlar prezidenti Barak Obama BMT-nin İrana qarşı yeni sanksiyalarını həyata keçirməklə həssas nüvə danışıqlarında hansısa müsbət nəticə əldə ediləcəyindən əmin olmadığını bildirib. Cənab Obama bu gün deyib ki, beynəlxalq ictimaiyyətin ardıcıl təzyiqləri ola bilsin ki, İranı sonda nüvə silahı istehsal etmək fikrindən çəkindirsin. ABC xəbər proqramına verdiyi müsahibəsi zamanı prezident Obama İrandakı rejimin axmaq olmadığını və bu dövlətin beynəlxalq ictimaiyyətin fikirlərinə diqqət yetirdiyini deyib. Dünyanın altı nüfuzlu dövləti İranın nüvə fəaliyyətlərinə qarşı yeni sanksiyalar barədə müzakirələr aparmaq məqsədi ilə dünən Nyu Yorkda toplantı keçirmişdir.

XS
SM
MD
LG