Accessibility links

ABŞ prezidenti Əfqanıstan üzrə baş komandanın istefasını qəbul etdi


ABŞ prezidenti Əfqanıstan üzrə baş komandanın istefasını qəbul etdi
ABŞ prezidenti Əfqanıstan üzrə baş komandanın istefasını qəbul etdi

Son hadisələr jurnal məqaləsində general Stənli Makkristal və onun heyət üzvlərinin Obama administrasiyasının aparıcı nümayəndələrini məsxərəyə qoyması haqda məlumatın çap edilməsindən sonraya təsadüf edir

ABŞ prezidenti Barak Obama Əfqanıstandakı Amerika hərbi qüvvələrinin baş komandanı general Stənli Makkristalın istefasını qəbul edib. Prezident Obama Makkristalın istefasını Ağ Evdə elan edib. Son hadisələr Rolling Stone jurnalında general və onun heyət üzvlərinin Obama administrasiyasının aparıcı nümayəndələrini məsxərəyə qoyması haqda məlumatın çap edilməsindən sonraya təsadüf edir. Prezdent ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Deyvid Petreası Makkristalın yerinə təyin edib. Cənab Obama deyib ki, bu addım ABŞ-a müharibəni əvvəlki templə davam etdirməyə imkan verəcək. Cənab Obama Makkristal kimi rəhbərin itirilməsinin çətin olduğunu söyləsə də, bunun milli təhlükəsizlik üçün vacib olduğunu bildirib. ABŞ prezidenti əlavə edib ki, Makkristalın məqalədəki şərhləri komandanlıq edən general standartlarına uyğun gəlmir.

XS
SM
MD
LG