Accessibility links

Prezident Obamanın 2009-cu ildə Qahirədə müsalman dünyasına müraciəti

  • Bulut Mehmandarli

Prezident Obamanın 2009-cu ildə Qahirədə müsalman dünyasına müraciəti

Prezident Obamanın 2009-cu ildə Qahirədə müsalman dünyasına müraciəti

Prezident Obamanın 2009-cu ildə Qahirədə müsalman dünyasına müraciəti

ABŞ prezidenti Barak Obama Qahirə Universitetində müsəlman dünyasına çoxdan gözlənilən müraciətini etdi. Müsəlman dünyası ilə münasibətlərin yeni başlanğıcına çağıran ABŞ dövlət başçısı əlaqələrin qarşılqılı ehtirama əsaslanmalı, amerikalılarla müsəlmanlar arasında şübhələr və fikir ayrılıqlarına son qoyulmalı olduğunu deyib.

Barak Obama dəyişikliklərin dərhal mümkün olmayacağını və heç bir çıxışın illərlə sürən etimadsızlığı bir gündə aradan qaldırmayacağını bildirib. ABŞ prezidenti öz müsəlman köklərindən və müsəlmanların Amerikaya verdiyi töhfələrdən bəhs edib. Barak Obama neqotiv İslam stereotipi ilə mübarizə aparacağına vəd verib.

Prezidentin sürəkli alqışlarla qarşılanan çıxışını zalda minlərlə, dünyada isə milyonlarla insan dinləyib.Barak Obamanın müraciəti Ağ Evin internet saytı, YouTube, Facebook və MySpace kimi müxtəlif veb səhiflərinə yerləşdirilib.

Qonaqlar kimi tədbirdə Ağ Ev və ABŞ-ın Misirdəki səfirliyinin işçiləri, habelə Misir hökumətinin rəsmiləri iştirak edib. Barak Obamanın səfərinə ölkədə ciddi hazırlıqlar görülüb. Universitetdə təmizlik işləri aparılıb, divarlara təzə boya vurulub, hər tərəf gül-çiçəklə bəzənib.

Qahirədə hələ heç bir prezident üçün görülməmiş təhlükəsizlik tədbirləri həyata keçirilib.

XS
SM
MD
LG