Accessibility links

Putin: "2018-ci ildə namizəd olacağımı istisna etmirəm"


Russia Putin
Russia Putin
Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, o, 2018-ci ildə keçirilməsi planlaşdırılan növbəti prezident seçkilərində dördüncü dəfə dövlət başçısı olmağa çalışacağını deyib.

O, bu açıqlamanı Valday regionunda jurnalistlər və ekspertlərlə keçirilən ənənəvi görüş zamanı verib.

Ondan 6 illik səlahiyyət müddəti bitəndən sonra növbəti dəfə prezidentliyə namizəd olub-olmayacağı soruşulub. Cənab Putin "İstisna etmirəm" deyə cavab verib.

Vladimir Putin 1999-2000-ci illərdə Rusiyanın baş naziri olduqdan sonra iki dəfə 4 il müddətinə (2000-2008) ölkənin prezidenti olub. 2008-ci ildən 2012-ci ilədək baş nazir vəzifəsini icra edən cənab Putin bu dəfə 6 il müddətinə yenidən prezident seçilib.

Rusiya Konstitusiyasına görə, bir şəxs ardıcıl olaraq iki dəfədən artıq prezident seçilə bilməz.
XS
SM
MD
LG