Accessibility links

Rusiya prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu Suriyanın özündə və ətraf bölgələrdə gözlənilməz hərbi qarşıdurmaya yol verməmək üçün başqa ölkələrin fəaliyyətlərinin koordinasiya edilməsi barədə razılıq əldə edib.

Cənab Putin və cənab Netanyahu bu gün Moskva ətrafında Rusiya prezidentinin Novo Oqaryovo iqamətgahında görüşüblər. Görüşdən sonra cənab Netanyahu müxbirlərə deyib ki, o, cənab Putinlə “bu kimi anlaşılmazlıqlara yol verilməməsi üçün mexanizmlər haqda razılıq əldə edib.” Benyamin Netanyahunun sözlərinə görə, danışıqlar qarşılıqlı anlaşma şəraitində keçib.

Görüş Moskvanın Suriyada prezident Bəşar Əl-Əsəd hökumətinə üsyançı qüvvələrlə mübarizədə yardım göstərilməsi səyləri çərçivəsində Suriyada hərbi hava baza yaratdığı və mövcudluğunu artırdığı haqda məlumatların verilməsindən sonra baş tutub.

Kreml cənab Netanyahunun İran və Suriyanın Livanda Hizbullah qrupunu öz vətəndaşlarına qarşı müasir silahlarla təchiz etdiyinə dair narahatlıqlarını dilə gətirdiyini bildirib. İsrailin Baş naziri həmçinin deyib ki, İran Suriyanın dəstəyi ilə Qolan yüksəkliklərində İsrailə qarşı “ikinci terrorçu cəbhə” yaratmağa çalışır.

Rusiya prezidenti isə buna cavab verib ki, Suriya ordusu elə pis bir vəizyyətdədir ki, diqqəti İsrailə qarşı ikinci cəbhə açmaq deyil, dövləti qoruyub-saxlamaq məsələsi üzərinə yönəldib. O, cənab Netanyhuya onun narhatlıqlarını başa düşdüyünü və onun məsələləri təfərrüatı ilə müzakirə etməsini məmnunluqla qarşıladığını deyib.

Rusiya lideri həmçinin İsrail ərazisinin atəşə tutulmasını qınayıb.

XS
SM
MD
LG