Accessibility links

Putin sağlam və güclü, mürəkkəb problemləri həll edə biləcək lider imici yaratmağa çalışır


Rusiya prezidenti Vladimir Putinin azı bir həftədir ictimaiyyət arasında görünməməsi onun səhhəti ilə bağlı şayiələrə səbəb olub. Sosial mediada bəzən ciddi, bəzən də yumor formasında Putinin vəfatı barədə xəbərlər yayılıb. Rusiyanın dövlət başçısının mətbuat katibi Dmitri Peskov şayiələri təkzib edərək, prezidentin qızdırmasının olduğunu bildirib.

Rusiya prezidentinin səhhəti ilə bağlı xəbərlər dünya mətbuatında əsas yeri tutub. Lakin Rusiya prezidentinin mətbuat katibi narahatığa səbəb olmadığını deyib. “Onuin səhhəti ilə bağlı narahatlıqlara əsas yoxdur. Prezidentin səhhəti doğrudan da əladır və onunla bağlı hər şey yaxşıdır.”

Putin həmişə fiziki cəhətdən sağlam və güclü, mürəkkəb problemləri həll edə biləcək lider imici yaratmağa çalışıb. Lakin o, mart ayının 5-də Rusiyaya səfər edən İtaliyanın baş naziri Mateo Renzini qarşılaya bilməyib. Onun mətbuat katibi isə deyib ki, burada qeyri-adı heç nə yoxdur.

Kreml deyir ki, Putin bir sıra beynəlxalq görüşlər də daxil edilməklə, işə başlamağa hazırlaşdığını desə də, onun bu həftə nəzərdə tutulmuş Qazaxıstan səfəri təxirə salınıb.

Rusiya prezidenti gözdən opponenti Boris Nemtsovun fevral ayının 27-də Kreml yaxınlığında qətlindən sonra itib. Müxalifət liderləri nemtsovun qətli ilə bağlı istintaqa çox da inam göstərməsələr də, şübhəlinin qətli etiraf etməsi üçün işgəncələrə məruz qaldığını bildirir.

Boris Nemtsovun qızı Janna atasının ölümündə Putinin siyasi məsuliyyət daşıdığını deyib.

XS
SM
MD
LG