Accessibility links

Vladimir Putin: Kiyevlə şərqi ukraynalılar arasında dialoq olmalıdır


Bu gün Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqindəki separatçıların Qərbyönümlü Kiyevdən ayrılmaq məqsədilə bazar günü keçiriləcək referendumu təxirə salmaq çağırışları ilə bağlı müzakirələr keçirəcəyi gözlənilir.

Ukrayna baş naziri isə Rusiya prezidentinin dediklərini rədd edərək onu regionda separatçı sentimentləri qızışdırmaqda ittiham edib.

Çərşənbə günü Kremldə çıxış edən cənab Putin separatçılara müraciət edərək bazar gününə təyin edilmiş referendumun təxirə salınmasına çağırıb. Cənab Putin eləcə də, Kremlin Ukraynada may ayının 25-də keçiriləcək prezident seçkilərinin "düzgün istiqamətdə bir addım" hesab etdiyini ilk dəfə dilə gətirib.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk cənab Putinin dediklərinə əhəmiyyət vermədiyini bildirərək Rusiya liderini havadan danışmaqda ittiham edib.

Cənab Putin Ukrayna sərhədlərinə yerləşdirilmiş Rusiya hərbi qüvvələrinin artıq geri çəkildiyini desə də, Pentaqon və NATO ordunun çıxarılması ilə heç bir əlamətin olmadığını deyir.
XS
SM
MD
LG