Accessibility links

Putin: "Yanukoviçin Ukraynadan çıxarılmasına mən göstəriş vermişəm"


Rusiya prezident bu sözləri yeni sənədli filmdə deyib

Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, o, 2014-cü ilin fevralında Viktor Yanukoviçin həyatının xilas edilməsinə və Krımın Rusiya tərəfindən ilhaqı planına start verilməsinə dair göstəriş verib.

Qarşıdakı günlərdə işıq üzü görəcək sənədli filmdən götürülən anons videoda cənab Putin deyir ki, o, Rusiya təhlükəsizlik və hərbi rəsmilərini Kremlə çağıraraq onlara cənab Yanukoviçin Ukraynada çıxarmağa hazırlaşmaq göstərişi verib.

Cənab Yanukoviç Qərb yönümlü kütləvi nümayişlərin nəticəsində hakimiyyətdən devrilib.

"Biz onu quru, su və hava yolları ilə Donetskdən çıxarmağa hazırlaşdırq" - deyə cənab Putin bildirib. Onun sözlərinə görə, Yanukoviçi xilas əməliyyatı 2014-cü il fevralın 22-23-də həyata keçirilib.

Kremldəki toplantının sonunda isə Putin bu sözləri deyib: "Bizim Krımı Rusiyaya qaytarmaq işlərinə başlamağa dair öhdəliyimiz var".

XS
SM
MD
LG