Accessibility links

Pxenyan Seulu Şimali Koreyanın əsgərlərinə atəş açmaqda günahlandırır


Cənubi Koreya ordusu heç bir insidentin baş vermədiyini bildirib

Şimali Koreya Cənubi Koreyanı iki ölkəni ayıran sərhədə nəzarət edən əsgərlərə atəş açmaqda günahlandırıb. Şimali Koreya dövlət xəbər agentliyi bildirir ki, Cənubi Koreya qüvvələri silahsızlaşdırılmış zonanın şərqindəki Şimali Koreya polis postu istiqamətində atəş açıb. Cənubi Koreya ordusu heç bir insidentin baş vermədiyini bildirib. Pxenyan müntəzəm olaraq Seulu iki ölkə arasında gərginliyi artırmaqda günahlandırır. Bu ölkələr Koreya müharibəsini sona çatdıran 1953-cü il atəşkəs razılığından bəri texniki olaraq müharibə vəziyyətində qalır. Cənubi Koreya həmçinin mart ayının 26-da mübahisəli sərhəd bölgəsində döyüş gəmisinin batmasında Şimali Koreyanın rol oynayıb-oynamadığını araşdırmağa çalışır.

XS
SM
MD
LG