Accessibility links

BMT-nin Təhlükəsizlik Şurası və Liviyada BMT-nin sponsorluq etdiyi sülh danışıqlarının iştirakçıları Tripolidə lüks mehmanxanada azı 9 nəfərin ölümünə səbəb olan hücumu pisləyib.

Təhşlükəsizlik Şurasının bəyanatında Liviyanın bütün partiyaları ölkənin üzləşdiyi təhlükəsizlik və siyasi böhranın həlli səylərinə qoşulmağa çağırılır. 2011-ci ildə Müəmmar Qəzzafi hakimiyyətinin devrilməsindən bəri ölkə qeyri-sabitliklə mübarizə aparır.

Cenevrədə iki gün davam edən konstruktiv sülh danışıqlarından sonra BMT-nin Liviyadakı missiyası bildirib ki, dünənki hücum hökumətin təşkili istiqamətində aparılan prosesə əngəl törədə bilməyəcək. Əksinə, Liviyada bütün partiyaları birləşməyə sövq edəcək.

Hücum Corinthia otelinin qarşısında avtomobilə yerləşdirilmiş bombanın partlaması ilə başlayıb. Daha sonra silahlı şəxslər binaya daxil olaraq atəş açıb.

Təcavüzün qarşısı 24-cü mərtəbədə təhlükəsizlik işçiləri onların qarşısını almağa müvəffəq olduqdan sonra hücumçuların özlərini partlatması ilə alınıb.

XS
SM
MD
LG