Accessibility links

Bloq: Hökumət qanunsuz tikili probleminin həllinə çalışsa da, qanunsuz evlərin tikintisi davam edir


Ekspert Hafiz Babalı

Ekspert Hafiz Babalı

Ekspert Azərbaycanda yarım milyon qanunsuz tikili olduğunu deyir

Turan Agentliyinin iqtisadi məsələlər üzrə eksperti Hafiz Babalı Amerikanın Səsi radiosuna müsahibəsində ölkədəki qanunsuz tikililərlə bağlı yaranmış problemlərdən danışıb.


Onun sözlərinə görə, Azərbaycanda 500 minədək qanunsuz tikili var. “Qanunsuz tikililər həm əhali, həm də hökumət üçün böyük problemlər yaradır. Bu tikililər magistral kəmərlərin yaxınlığında, neftli torpaqlarda, neft buruqlarının arasında, dəmiryol, avtomobil yollarının, elektrik xətlərinin təhlükəsizlik zolaqlarında, kommunikasiya xətlərinin üzərində tikilib”

Ekspertin sözlərinə görə, Dövlət Əmlak Komitəsi qanunsuz tikililər probleminin həlli ilə bağlı yeni strategiya hazırlayıb. “Hökumət problemi birdəfəlik həll etmək istəyir və bunun qanuni yolları aranmaqdadır”.

Qanunsuz tikililərin əksəriyyəti yaşayış evləridir. “Bu tikililərin böyük hissəsi Bakıda, Bakı ətrafında Abşeron yarımadasında inşa edilib. Regionlarda da kifayət qədər çox qanunsuz tikililər var”, - deyə o qeyd edib.

Cənab Babalı həmçinin hökumətin qanunsuz istifadə edilən və ya zəbt olunmuş torpaq sahələri ilə bağlı da problemləri həll etməsini vacib sayır.

Ekspert narahatedici hallardan da danışıb. “Nəzarətsizlik və ya hərəkətsizlik, korrupsiya halları nəticəsində bir tərəfdən qanunsuz evlər probleminə çalışılır, digər tərəfdən isə yenidən qanunsuz evlərin tikintisi davam edir”.

Cənab Babalı qanunsuz tikililərin əksəriyyətinin ünvanının belə olmadığını bildirir. “Kolxoz və sovxozlar dağıldıqdan sonra bu qurumların torpaqlarında təyinatı dəyişdirilmədən evlər tikilməyə başladı. Bu səbəbdən də çoxsaylı tikililər əkin təyinatlı torpaqlardadır və tikililərin qeydiyyata alınması üçün ilk öncə Nazirlər Kabineti monitorinqlər aparmalıdır. Çünki, 1999-cu ildən başlayaraq bələdiyyələr qanunsuz olaraq əkin təyinatlı torpaqları ev tikintisi üçün ayırıb və yüz minlərlə evlər tikilib. Həmin torpaqların təyinatı dəyişdirilmədən isə Əmlak Komitəsi evləri dövlət qeydiyyatın ala bilməz”.

Ekspert həmçinin yüz minlərlə qanunsuz tikilinin ünvanının olmadığını da diqqətə çatdırıb.
XS
SM
MD
LG