Accessibility links

Asiyada güclü qasırğa Cənubi və Şimali Koreyalarda dağıntılara səbəb olub


Beş çinli balıqçı qayıqları Cənubi Koreyanın cənubunda Ceju adasında qayaya çırpıldıqdan sonra ölüb.

Cənubi Koreyanın sərhəd keşikçiləri təxminən 11 nəfər balıqçını batan Çin qayığından xilas edərək onları təhlükəsiz yerə gətirib. Xilas olunanlardan başqa altı nəfər sahilə üzə bilib. Hadisə zamanı 12 nəfərin itkin düşdüyü deyilir.

Qasırğa küçə işıqlarını yıxıb, yol işarələrini yerindən qoparıb. Cənubi Koreyanın cənub və qərbini daşqınlara məruz qoyan fəlakət bir kilsəni suya qərq edib və üç nəfərin həyatına son qoyub.

Sinoptiklər Tembin adlı başqa bir qasırğa gözləyir. Yeni qasırğanın bu həftənin sonunda Tayvandan ötərək Koreya yarımadasına zərər yetirəcəyi deyilir.
XS
SM
MD
LG