Accessibility links

Altı ərəb ölkəsi Qətərlə diplomatik münasibətləri kəsir


Bazar ertəsi Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətəri terrorizmə dəstək göstərməkdə ittiham edərək, ölkə ilə diplomatik münasibətləri kəsəcəklərini elan edib.

Bir-birinin ardınca verilən bəyanatlarda ölkələr diplomatik heyətlərinin Qətərdən çıxaracaqlarını, dəniz və hava nəqliyyatının fəaliyyətini durduracaqlarını bildiriblər.

Regionun tanınmış hava yolları şirkətləri Saudia, Emirates və Etihad bildiriblər ki, onlar Qətərə olan uçuşları dayandırır. Qatar Airways isə öz növbəsində Sədiyyə Ərəbistanına uçuşları təxirə saldığını elan edib.

Dörd ölkənin bu qərarı elan etməsindən sonra Yəmən və Liviya da Qətər ilə münasibətləri durduracaqlarını bəyan edib.

Yəməndə hökümət qüvvələrinə dəstək olaraq döyüşlərdə iştirak edən koalisiyaya başçılıq edən Səudiyyə Ərəbistanı bildirib ki, Qətərin hərbi qüvvələri bu koalisiyadan çıxarılacaq.

Səudiyyə Ərəbistanının dövlətə məxsus xəbər agentliyi bildirib ki, Qətər regionda sabitliyi pozmaq məqsədilə bir neçə terrorçu və sektant qrupları dəstəkləyir. Agentlik əlavə edib ki, Qətər Müsəlman Qardaşları, İŞİD və Əl- Qaidə kimi təşkilatları dəstəkləməklə yanaşı, mütamadi olaraq media vasitəsilə həmin təşkilatların mesajlarını və fəaliyyətini təşviq edir.

Qətərin xarici işlər naziri deyib ki, bu sübutsuz ittihamlar üzərində formalaşmış əsassız tədbirlərdir.

ABŞ dövlət katibi Reks Tillerson bu bəyanatların regionda və qlobal səviyyədə terrorizmlə mübarizəyə təsiri olacağını gözləmədiyini bildirib. O bütün tərəfləri masa ətrafında oturmağa və fikir ayrılıqlarını həll etməyə çağırıb. Dövlət katibi əlavə edib ki, Körfəz Əməkdaşlıq Şurası üzvlərinin birlikdə olması çox vacibdir.

XS
SM
MD
LG